Dünyada 3,6 milyondan çox insan koronavirusa yoluxub

Dünyada 3,6 milyondan çox insan koronavirusa yoluxub Dünyada koronavirus daşıyıcılarının sayı 3 603 521 nəfərə çatıb.
Digər ölkələr
4 May , 2020 20:37
Dünyada 3,6 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirus daşıyıcılarının sayı 3 603 521  nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi ABŞ (1 194 434), İspaniya (248 301), İtaliya (211 938), Böyük Britaniya (190 584) və Fransada (168 693) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 212 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 250 min nəfərdən çoxdur. Sağalanların sayı isə 1,2 milyon nəfərə yaxınlaşıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi