Yuxarı

Dünyada 2050-ci ilə qədər gözdən əlillərin sayı üç dəfə arta bilər

Dünyada 2050-ci ilə qədər gözdən əlillərin sayı üç dəfə arta bilər
Buna səbəb qocalan əhalinin sayının artmasıdır

Bakı. 3 avqust. REPORT.AZ/ Dünyada 2050-ci ilə qədər gözdən əlillərin sayı üç dəfə arta bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Lancet Global Health" tibb jurnalında dərc edilmiş araşdırmada deyilir.

Alimlərin fikrincə, 2050-ci ilə qədər dünyada gözdən əlillərin sayı 36 milyondan 115 milyon nəfərədək arta bilər. Buna səbəb qocalan əhalinin sayının artmasıdır.

"Dünyada 2015-ci ildə 7,33 milyard insandan 36 milyonu gözdən əlil olub... Amma dünya əhalisinin yaş strukturundakı artım və dəyişiklik gözdən əlil və görmə qabiliyyəti pozulan insanların sayının artmasına səbəb olur... Məsələn, 2020-ci ilə qədər gəözdən əlillərin sayı 38,5 milyona, 2050-ci ilədək isə 115 milyon nəfərə çatacaq", - hesabatda deyilir.

Gözdən əlil nsanlar ən çox Cənubi Asiya ölkələrində, eləcə də Sahara səhrasının cənubunda yerləşən Afrika ölkələrində yaşayır.

1990-cı ildən 2015-ci ilə qədər olan müddətdə 188 ölkədə aparılan araşdırma hazırda 200 milyondan çox insanın orta və ağır görmə problemi yaşadığını göstərib. Bu rəqəm 2050-ci ildə 550 milyon insan səviyyəsini keçə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi