Dünya Bankı Afrika ölkələrinə 57 milyard dollar ayırıb

Dünya Bankı Afrika ölkələrinə 57 milyard dollar ayırıb Vəsait Böyük Səhra ölkələri üçün nəzərdə tutulub
Digər ölkələr
20 Mart , 2017 00:56
Dünya Bankı Afrika ölkələrinə 57 milyard dollar ayırıb

Bakı. 20 mart. REPORT.AZ/ Dünya Bankı Təşkilatları Qrupu (DB) Böyük Səhranın cənubunda yerləşən Afrika dövlətlərinə növbəti üç il ərzində 57 milyard dollar vəsait ayıracaq.

"Report" xəbər verir ki, bu barədə mənzil-qərargahı Vaşinqtonda yerləşən DB-nin mətbuat xidməti məlumat yayıb.

Söhbət Böyük Səhranın cənubunda yerləşən Afrika ölkələrinin rekord həcmdə maliyyələşdirilməsindən gedir. Bu barədə qərar Almaniyanın Baden-Baden şəhərində, DB prezidenti Cim Yen Kimin də iştirak etdiyi "G-20"nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin müşavirəsində qəbul olunub.

Son xəbərlər

Orphus sistemi