Yuxarı

"Dorian" qasırğasına üçüncü dərəcə verilib

"Dorian" qasırğasına üçüncü dərəcə verilib

Atlantik okeanından gələn "Dorian" qasırğasına üçüncü dərəcə verilib, episentrdə küləyin sürəti 185 km/saata çatır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın qasırğaların izlənməsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, hazırda "Dorian" Floridanın Vest-Palm Biç şəhərinin təqribən 1000 km-dədir və saatda 17 km sürətlə hərəkət edir.

Mütəxəssislərin fikrincə, qasırğa ilk öncə Baham adalarına, bazar ertəsi isə yarımadaya çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi