Donald Tusk: "Aİ-dən çıxmaqla bağlı rəsmi bildiriş gəlməyənədək Londonla danışıqlar başlamayacaq"

Donald Tusk: "Aİ-dən çıxmaqla bağlı rəsmi bildiriş gəlməyənədək Londonla danışıqlar başlamayacaq" Aİ-nin növbəti sammiti sentyabrın 16-da Bratislavada keçiriləcək
Digər ölkələr
29 İyun , 2016 17:18
Donald Tusk: Aİ-dən çıxmaqla bağlı rəsmi bildiriş gəlməyənədək Londonla danışıqlar başlamayacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) növbəti sammiti sentyabrın 16-da Bratislavada keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin sammitinin yekunlarına dair danışarkən Avropa Şurasının sədri Donald Tusk məlumat verib.

D.Tuskun sözlərinə görə, Aİ-yə üzv olan 27 ölkənin liderlərinin hamısı belə qərara gəlib ki, Böyük Britaniya tərəfdən Aİ-dən çıxmaqla bağlı rəsmi bildiriş gəlməyənə qədər Londonla danışıqlar başlamayacaq. 

Xatırladaq ki, bu, Böyük Britaniyada Aİ-dən çıxmaq ilə bağlı referendumun keçirilməsindən sonra ilk sammit olacaq.

Son xəbərlər

Orphus sistemi