Donald Trampın qolf həvəsi ABŞ Prezidenti olduğu dövrdə dövlətə 100 milyon dollardan çox başa gəlib.
“Report” “The Huffington Post”a istinadən xəbər verir ki, Prezidentin Florida ştatındakı Mar-a-Laqo kurortunda iqamətgahına və qolf klubuna gedib-gəlməsi üçün xalq 81 milyon dollar, ötən yay Nyu-Cersi ştatındakı Bedminster qolf klubuna tez-tez baş çəkməsinə 17 milyon dollar vəsait ödəyib.
Həmçinin ötən il dövlət başçısının Los-Ancelesdəki qolf klubuna gedib-gəlməsi 1 milyon dollara, Böyük Britaniyaya səfəri zamanı Şotlandiyadakı qolf klubunda istirahət etməsi də 3 milyon dollara başa gəlib.
Qeyd edək ki, qatı qolf həvəskarı olan Donald Tramp ABŞ və xarici ölkələrdə cəmi 16 qolf klubunun sahibidir.