Donald Trampın prezidentliyinin birilliyinə həsr olunan ziyafətin biletlərinin qiyməti açıqlanıb

Donald Trampın prezidentliyinin birilliyinə həsr olunan ziyafətin biletlərinin qiyməti açıqlanıb Qiymətə ziyafətdə şam yeməyi, həmçinin ABŞ prezidenti ilə şəkil çəkdirmək daxildir
Digər ölkələr
19 Yanvar , 2018 18:10
Donald Trampın prezidentliyinin birilliyinə həsr olunan ziyafətin biletlərinin qiyməti açıqlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Florida ştatındakı "Mar-a-Laqo" iqamətgahında prezidentliyinin birilliyinin şərəfinə ziyafət təşkil edəcək.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, dövlət başçısının özünün də iştirak edəcəyi qonaqlığa iki nəfərlik biletin qiyməti 100 min ABŞ dollarıdır.

Qiymətə ziyafətdə şam yeməyi, həmçinin ABŞ prezidenti ilə şəkil çəkdirmək daxildir.

Hətta 250 min ABŞ dolları məbləğində ödəniş etməklə prezidentlə eyni masada oturmaq imkanı da əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi