Yuxarı

Tramp Ağ Evdə NATO baş katibini qəbul edəcək

Donald Tramp və Yens Stoltenberq Ağ Evdə görüşəcəklər

ABŞ prezidenti Donald TrampNATO baş katibi Yens Stoltenberq aprelin 2-də Ağ Evdə görüşəcəklər.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə ABŞ administrasiyasının mətbuat xidməti bildirib.

"Prezident və baş katib görüşdə beynəlxalq təhlükəsizlik və sabitliyin dayağı olan NATO-nun 70 illiyi şərəfinə ittifaqın əhəmiyyətini vurğulayacaqlar", - deyə məlumatda bildirilir. Qeyd edilir ki, görüş geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq.

NATO-ya üzv ölkələrin Xarici İşlər nazirləri Şurasının iclası aprelin 3-4-də Vaşinqtonda keçiriləcək.

Daha əvvəl NATO-nun baş katibi Azərbaycanın da iştirak etdiyi təlimləri izləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi