Yuxarı

Donald Tramp “The New York Times” nəşrini ondan üzr istəməyə çağırıb

Donald Tramp: “The New York Times” diz çöküb üzr istəsin"
© Reuters

ABŞ Prezidenti Donald Tramp məşhur “The New York Times” qəzetinin onun qarşısında diz çöküb üzr istəməli olduğu qənaətindədir.

“Report” xəbər verir ki, “Twitter”dəki səhifəsində dövlət başçısı tənqidi yazılara görə həmin nəşrin ikinci dəfə, özü də daha çox üzr istəməsinin vacib olduğunu qeyd edib.

“2016-cı il seçkilərindən sonra ikinci dəfə məndən üzr istəyəcəklərmi? Bu dəfə üzrxahlıq daha çox və daha təmtəraqlı olmalı... diz çöküb üzr istəməli olacaqlar!”, - D.Tramp yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi