Donald Tramp: "Şimali Koreyanın lideri ilə iyunun 12-də də görüşə bilərik”

Donald Tramp: "Şimali Koreyanın lideri ilə iyunun 12-də də görüşə bilərik” Bakı. 25 may. REPORT.AZ/ “Şimali Koreyanın lideri Kim Çen Inla iyunun 12-də görüşə bilərik”.
Digər ölkələr
25 May , 2018 17:47
Donald Tramp: Şimali Koreyanın lideri ilə iyunun 12-də də görüşə bilərik”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp / REUTERS/ Kevin Lamarque
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ “Şimali Koreyanın lideri Kim Çen Inla iyunun 12-də görüşə bilərik”.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mayın 25-də jurnalistlərə bildirib.

“Nələr olacağını görəcəksiniz. Hazırda onu müzakirə edirik. Görüşü reallaşdırmaq istəyirik. Bu iyunun 12-də də ola bilər”, - o vurğulayıb.

Qeyd edək ki, D.Tramp mayın 24-də Şimali Koreya lideri Kim Çen Inla görüşü təxirə saldığını bildirmişdi.  

Xatırladaq ki, onların görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi planlaşdırılmışdı.

Son xəbərlər

Orphus sistemi