Tramp noyabrın 14-də NATO-nun baş katibi ilə görüşəcək

Tramp noyabrın 14-də NATO-nun baş katibi ilə görüşəcək ABŞ prezidenti Donald Tramp noyabrın 14-də Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Digər ölkələr
9 Noyabr , 2019 23:35
Tramp noyabrın 14-də NATO-nun baş katibi ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp noyabrın 14-də Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

"Prezident Donald Tramp Ağ Evdə Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberqi qəbul edəcək", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, tərəflər NATO üzrə müttəfiqlərin müdafiə xərclərinin artımını və büdcəyə ödəmələrin daha ədalətli bölgüsünün təminatı işində irəliləyişi müzakirə edəcəklər. ABŞ prezidenti həmçinin NATO-nun müdafiəsini və xarici təhdidlərə dözümlülüyünün, xüsusən terrorçuluqla mübarizənin gücləndirilməsinin əhəmiyyətini vurğulayacaq.

Bundan başqa, Tramp və Stoltenberq kibertəhlükə mövzusuna da toxunacaqlar.

Son xəbərlər

Orphus sistemi