Bakı. 18 oktyabr. REPORT.AZ/ "Meksika qanunsuz köçün qarşısını almasa, sərhədə qoşun yeridəcəyəm".
“Report” “Mynet”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, o, bir müddət əvvəl ABŞ-Meksika sərhədində divar hörəcəyini, maliyyə xərclərini də qonşu ölkədən alacağını bildirmişdi.
Bu hədələrə baxmayaraq, Meksikadan ABŞ-a qaçqın axını davam edir.