Donald Tramp: "ABŞ İranla yeni hərtərəfli saziş imzalamaq üçün açıqdır"

Donald Tramp: "ABŞ İranla yeni hərtərəfli saziş imzalamaq üçün açıqdır" Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ İranla bu ölkənin nüvə silahına sahib olmağına heç vaxt icazə verməyəcək yeni saziş imzalamağa hazırdır.
Digər ölkələr
3 Noyabr , 2018 10:32
Donald Tramp: ABŞ İranla yeni hərtərəfli saziş imzalamaq üçün açıqdır

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ İranla bu ölkənin nüvə silahına sahib olmağına heç vaxt icazə verməyəcək yeni saziş imzalamağa hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın noyabrın 5-də İrana qarşı yeni sanksiya dalğasının tətbiq olunacağı ilə bağlı bəyanatında deyilir.

"ABŞ İranla onların nüvə silahına sahib olmaq yolunu birdəfəlik bağlayacaq, onların zərərli fəaliyyətlərinin bütün spektrinə cavab verəcək və İran xalqının layiq olduğu yeni, daha ətraflı sazişin imzalanması üçün açıqdır", - D.Tramp bildirib.

Prezident həmçinin qeyd edib ki, belə müqavilə bağlanmayana qədər bütün tarixi sanksiyalar qüvvədə qalacaq: "Rejimi nüvə ambisiyalarından imtina etməyə, destruktiv davranışlarını dəyişdirməyə, öz xalqının hüquqlarına hörmət etməyə, eləcə də dürüst danışıqlara dönməyə çağırırıq. Bu işdə müttəfiqlərimizin dəstəyinə güvənirik".

Son xəbərlər

Orphus sistemi