Donald Tramp: "ABŞ Honduras, Qvatemala və Salvadora yardımı dayandıracaq"

Donald Tramp: "ABŞ Honduras, Qvatemala və Salvadora yardımı dayandıracaq" Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ Mərkəzi Amerika regionunun Honduras, Qvatemala və Salvador kimi yoxsul ölkələrinə yardımı məhdudlaşdıracaq və ya dayandıracaq.
Digər ölkələr
22 Oktyabr , 2018 18:08
Donald Tramp: ABŞ Honduras, Qvatemala və Salvadora yardımı dayandıracaq

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ Mərkəzi Amerika regionunun Honduras, Qvatemala və Salvador kimi yoxsul ölkələrinə yardımı məhdudlaşdıracaq və ya dayandıracaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də yazıb.

"Qvatemala, Honduras və Salvador ölkələrini tərk edən və ABŞ-a qeyri-qanuni yolla gələn insanların qarşısını ala bilməyib. İndi biz onlara, adətən, göstərdiyimiz yardımı dayandıracaq və ya əhəmiyyətli dərəcədə azaldacağıq", - Prezidentin bəyanatında deyilir.

ABŞ Prezidentinin yeni bəyanatına Birləşmiş Ştatlara daxil olmaq istəyən Hondurasdan olan qaçqın karvanı ilə bağlı yaranmış vəziyyət səbəb olub. Honduraslı miqrantların karvanı Meksika ilə Qvatemala sərhədindədir. Qvatemala Prezidenti Cimmi Moralesin qiymətləndirməsinə görə, qaçqın karvanında 4,5-5 min adam toplanıb. Onlardan bəziləri oktyabrın 19-da sərhəddə maneələri zorla aşmağa cəhd göstərib. Bir neçə Meksika polisi xəsarət alıb.

D.Tramp artıq sərhədçilərə və hərbçilərə bu vəziyyəti fövqəladə hal kimi qiymətləndirməyi tapşırdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi