​Dəməşq ətrafına endirilən raket zərbələrindən 40 nəfər ölüb

​Dəməşq ətrafına endirilən raket zərbələrindən 40 nəfər ölüb Bəşşar Əsədə bağlı hərbçilərin Dumaya atdığı "Yer-yer" tipli 11 raket şəhərin bazar ərazisinə düşüb
Digər ölkələr
30 Oktyabr , 2015 16:11
​Dəməşq ətrafına endirilən raket zərbələrindən 40 nəfər ölüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı hərbçilərin Dəməşq ətrafında müxalif qüvvələrin mövqelərini raket atəşinə tutması nəticəsində azı 40 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Suriyada İnsan Haqlarını Müşahidə Mərkəzi məlumat yayıb.

Məlumata görə, hadisə Suriyanın paytaxtından şərqdə, Dəməşq əyalətinin Duma şəhərində baş verib. Bəşşar Əsədə bağlı hərbçilərin Dumaya atdığı "Yer-yer" tipli 11 raket şəhərin bazar ərazisinə düşüb.

Xəbərdə bildirilib ki, bu rayon rejim qüvvələri tərəfindən atəşə tez-tez məruz qalır. Ötən gün onların bazar və xəstəxananı atəşə tutması nəticəsində 9 nəfər həyatını itirib.

Qeyd edək ki, bu gün Vyanada 17 dövlətin təmsilçisi Suriyadakı vəziyyətin tənzimlənməsi ilə bağlı danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi