Yuxarı

Dəməşq silahlılar tərəfindən atəşə tutulub, xəsarət alanlar var

Dəməşq silahlılar tərəfindən atəşə tutulub, xəsarət alanlar var

Bakı. 26 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə TASS Suriyada Düşmənçilik Edən Tərəflərin Barışdırılması Mərkəzinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, paytaxt silahlılar tərəfindən Şərqi Quta ərazisindən atəşə məruz qalıb. Ötən sutka Dəməşqə Şərqi Qutadakı silahlılar tərəfindən 31 mina atılıb.

Atəş nəticəsində Suriya ordusunun 1 hərbi qulluqçusu, habelə 13 dinc sakin yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi