Dəməşq silahlılar tərəfindən atəşə tutulub, xəsarət alanlar var

Dəməşq silahlılar tərəfindən atəşə tutulub, xəsarət alanlar var Bakı. 26 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq atəşə tutulub.
Digər ölkələr
26 Fevral , 2018 05:52
Dəməşq silahlılar tərəfindən atəşə tutulub, xəsarət alanlar var

Bakı. 26 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə TASS Suriyada Düşmənçilik Edən Tərəflərin Barışdırılması Mərkəzinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, paytaxt silahlılar tərəfindən Şərqi Quta ərazisindən atəşə məruz qalıb. Ötən sutka Dəməşqə Şərqi Qutadakı silahlılar tərəfindən 31 mina atılıb.

Atəş nəticəsində Suriya ordusunun 1 hərbi qulluqçusu, habelə 13 dinc sakin yaralanıb.

Son xəbərlər

Orphus sistemi