Dallasda seçki komissiyasının üzvü vəfat edib

Dallasda seçki komissiyasının üzvü vəfat edib Bu səbəbdən seçkilərin vaxtı iki saat uzadılıb
Digər ölkələr
9 Noyabr , 2016 00:37
Dallasda seçki komissiyasının üzvü vəfat edib

Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-ın Dallas şəhərinin (Texas ştatı) dairələrindən birində seçki komissiyası üzvünün vəfat etməsi ilə əlaqədar mərhumun işləməli olduğu məntəqədə səsvermənin vaxtı iki saat uzadılıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Hazırda Birləşmiş Ştatlarda bütün ölkə üzrə prezident seçkiləri keçirilir.

Vaxtın uzadılması əməkdaşın ölümü səbəbindən seçki məntəqəsinin səsvermə üçün nəzərdə tutulan vaxtdan gec açılması ilə əlaqədardır.

Komissiya üzvünün ölüm səbəbi açıqlanmır və xəbərlərdə yalnız onun öz evində ölmüş vəziyyətdə tapıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi