Yuxarı

Corciya ştatında 2 nəfər "İrma" qasırğasının qurbanı olub

Corciya ştatında 2 nəfər "İrma" qasırğasının qurbanı olub
Pis hava şəraitinə görə yüzlərlə aviareys təxirə salınıb
© Foto: Global Look Press

Bakı. 12 sentyabr. REPORT.AZ/ Amerikanın Corciya ştatında baş verən "İrma" qasırğası nəticəsində iki kişi həyatını itirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ştatın ərazisində dənizkəranın bir hissəsi su altında qalıb.

Həmçinin pis hava şəraitinə görə, Atlanta hava limanında yüzlərlə aviareys təxirə salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi