Yuxarı

Corc Soros Fondu Macarıstandakı ofisini bağlayır

Corc Soros Fondu Macarıstandakı ofisini bağlayır
© AFP 2018 / Eric Piermont — Corc Soros

Bakı. 20 aprel. REPORT.AZ/ Corc Soros tərəfindən əsası qoyulan “Açıq Cəmiyyət” Fondu (Soros Fondu) Macarıstanı tərk edir.

“Report” “Die Press”ə istinadən xəbər verir ki, fond bu il avqustun sonunda Budapeştdəki ofisini bağlamağı planlaşdırır.

Təşkilat mənzil-qərargahını Almaniya paytaxtı Berlinə köçürəcək. Hələlik “Açıq Cəmiyyət” Fondu məsələyə münasibət bildirməyib.

Macarıstanın Baş naziri Viktor Orban dəfələrlə Soros Fondunu tənqid edib. O, təşkilatı Macarıstanda siyasətlə məşğul olmaqda və liberal müxalifəti dəstəkləməkdə günahlandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi