Yuxarı

Con Bolton: "Məqsədimiz Venesuelada hakimiyyətin dinc yolla ötürülməsidir"

Con Bolton: ABŞ Venesuela ilə bağlı heç bir variantı istisna etmir

Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ Venesuelaya dair hər hansı variantı istisna etməsə də, hazırkı vəziyyətdə hərbi əməliyyat barədə söhbət getmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

Venesuelada ABŞ, habelə Kolumbiya və Braziliya tərəfindən hərbi əməliyyata başlanılmasının labüd olub-olmaması barədə suala cavabında “yox” deyən Ağ Ev rəsmisi bununla belə, Prezident Donald Trampın vurğuladığı kimi, hər cür variantın mümkün olduğunu qeyd edib.

“Lakin məqsədimiz hakimiyyətin dinc yolla ötürülməsidir”, - deyən müşavir məhz bu məqsədlə də Venesuelaya dair iqtisadi sanksiyaların tətbiq olunduğunu, siyasi təzyiqlərin artırıldığını dilə gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi