CNN Şri Lankada terror aktlarının icraçılarının adlarını açıqlayıb

CNN Şri Lankada terror aktlarının icraçılarının adlarını açıqlayıb Şri Lankada kilsələrdə və mehmanxanalarda partlayışlar törədən kamikadzelər Asiya ölkəsinin ədviyyatlarının ən böyük ixracatçısı olan Ishana Exports şirkətinin banisinin oğullarıdırlar.
Digər ölkələr
25 Aprel , 2019 06:52
CNN Şri Lankada terror aktlarının icraçılarının adlarını açıqlayıb
CNN

Şri Lankada kilsələrdə və mehmanxanalarda partlayışlar törədən kamikadzelər Asiya ölkəsinin ədviyyatlarının ən böyük ixracatçısı olan "Ishana Exports" şirkətinin banisinin oğullarıdırlar.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN bildirib.

Qeyd edilir ki, hücumları xüsusi halda İmsat Əhməd İbrahim İlham Əhməd İbrahim həyata keçiriblər. Onlar "Ishana Exports" şirkətinin banisi Məhəmməd İbrahimin oğullarıdır. Telekanal əlavə edib ki, şirkət Şri Lankadan ədviyyatları ixrac edən Kolombonun ən böyük müəssisəsidir.

Xatırladaq ki, bazar günü – aprelin 21-də, Şri Lankada silsilə partlayışlar törədilib. Partlayışlar nəticəsində 359 nəfər həlak olub.

Hadisə ilə bağlı 40 nəfər şübhəli şəxs kimi saxlanılıb. Partlayışlara görə məsuliyyət İŞİD terror qruplaşması üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi