"CNN"in aparıcısı Trampı zəhərləmək istəyini bildirib

"CNN"in aparıcısı Trampı zəhərləmək istəyini bildirib Entoni Burden bildirib ki, Trampı zəhərləmək istəyərdi
Digər ölkələr
16 Sentyabr , 2017 05:20
CNNin aparıcısı Trampı zəhərləmək istəyini bildirib
"Reuters"

Bakı. 16 sentyabr. REPORT.AZ/ Amerikalı baş aşpaz, yazıçı və "CNN" telekanalının aparıcısı Entoni Burden bildirib ki, ABŞ prezidenti Donald Trampı və KXDR lideri Kim Çen Inı zəhərləmək istəyərdi.

"Report" xəbər verir ki, o, bunu "TMZ" telekanalına müsahibəsində bildirib.

Kim Çen Inla Trampın barışıq süfrəsinə nə gətirəcəyi barədə suala Entoni Burden "Boliqolov", - cavabını verib.

Boliqolov bütün hissələri çox zəhərli olan bitkidir. Ehtimala görə, Sokrat məhz boliqolov şirəsi ilə zəhərlənib.

"Əlbəttə, Burden zarafat edib. Yəni biz güman edirik ki, o, zarafat edib", - deyə "Mediaite" portalı müsahibəni şərh edib.

Son xəbərlər

Orphus sistemi