Çində zəncirvari yol qəzası nəticəsində 14 nəfər ölüb

Çində zəncirvari yol qəzası nəticəsində 14 nəfər ölüb Bakı. 4 noyabr. REPORT.AZ/ Çinin Lançjou əyalətində 26 avtomobilin iştirakı ilə baş verən yol qəzasında 14 nəfər həyatını itirib.
Digər ölkələr
4 Noyabr , 2018 00:59
Çində zəncirvari yol qəzası nəticəsində 14 nəfər ölüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Çinin Lançjou əyalətində 26 avtomobilin iştirakı ilə baş verən yol qəzasında 14 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.

Zəncirvari qəza zamanı daha 27 nəfər yaralanıb.

Hadisə şənbə günü Lançjou — Haykou şosesində, pul yığma məntəqəsinin 200 metrliyində qeydə alınıb.

Bildirilir ki, yük maşınının sürücüsü idarəetməni itirib, ardınca 26 maşın bir-biri ilə toqquşub.

Bundan əvvəl Şəmkirdə yol qəzası nəticəsində bir neçə nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi