Çində zavodda partlayış nəticəsində ölənlərin sayı artıb

Çində zavodda partlayış nəticəsində ölənlərin sayı artıb Çinin Szyansu əyalətində yerləşən kimya zavodunda partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Digər ölkələr
22 Mart , 2019 23:56
Çində zavodda partlayış nəticəsində ölənlərin sayı artıb

Çinin Szyansu əyalətində yerləşən kimya zavodunda partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Hazırkı vəziyyətə görə, Szyansu əyalətindəki kimya zavodunda partlayış nəticəsində 62 nəfər ölüb, onlaran artıq 26-nın şəxsiyyəti müəyyənləşib", - deyə telekanalın məlumatında bildirilir.

Qeyd olunur ki, 34 zərərçəkmiş kritik, daha 60 nəfər isə ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi