Yuxarı

Çində məktəbdə yaranan basabas nəticəsində 2 uşaq ölüb, 20-si xəsarət alıb

Çində məktəbdə yaranan basabas nəticəsində 2 uşaq ölüb, 20-si xəsarət alıb
Məktəbin tualetinin girişindəki divarın uçmasından sonra uşaqlar arasında təlaşın yaranıb və bu da basabasa olub

Bakı. 22 mart. REPORT.AZ/ Çinin mərkəzindəki Henan əyalətinin Puyan dairəsində yerləşən orta məktəblərin birində yaranan basabas nəticəsində iki şagird ölüb, 20-si xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, həkimlər xəsarət alanlardan ikisinin vəziyyətini ağır kimi qiymətləndirib.

Məlumata görə, məktəbin tualetinin girişində divarın uçmasından sonra uşaqlar arasında təlaş yaranıb və bu da basabasa səbəb olub. Hadisə nəticəsində iki şagirdin öldüyü təsdiqlənib. Onlardan biri xəstəxanaya aparılarkən yolda keçinib, digəri isə xəstəxanada dünyasını dəyişib. 

Xəsarət alan 20 şagird xəsatəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin səbəblərini araşdırmaq məqsədilə yerli hakimiyyət orqanları dərhal işçi qrupu yaradıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi