Çində mədəndə partlayış nəticəsində 4 nəfər ölüb, 9-u itkin düşüb

Çində mədəndə partlayış nəticəsində 4 nəfər ölüb, 9-u itkin düşüb Bakı. 7 avqust. REPORT.AZ/ Çinin Quyçjou əyalətindəki kömür mədənlərindən birində qaz sızmasından baş verən partlayış nəticəsində 4 nəfər ölüb, daha 9 mədən işçisi itkin düşüb.
Digər ölkələr
7 Avqust , 2018 07:41
Çində mədəndə partlayış nəticəsində 4 nəfər ölüb, 9-u itkin düşüb

Bakı. 7 avqust. REPORT.AZ/ Çinin Quyçjou əyalətindəki kömür mədənlərindən birində qaz sızmasından baş verən partlayış nəticəsində 4 nəfər ölüb, daha 9 mədən işçisi itkin düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hökumət məlumat yayıb.

Hadisə bazar ertəsi Pançjou şəhərində yerləşən "Szımutszya" mədənində naməlum səbəbdən qaz və kömür tullantılarının partlaması nəticəsində qeydə alınıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi