Çində leysan yağışlar nəticəsində 12 nəfər ölüb, itkin düşənlər var

Çində leysan yağışlar nəticəsində 12 nəfər ölüb, itkin düşənlər var Çinin cənub-qərbindəki Sıçuan əyalətinə leysan yağışlar bir sıra fəsadlar törədib.
Digər ölkələr
29 İyun , 2020 06:38
Çində leysan yağışlar nəticəsində 12 nəfər ölüb, itkin düşənlər var

Çinin cənub-qərbindəki Sıçuan əyalətinə leysan yağışlar bir sıra fəsadlar törədib.

“Report” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Qeyd edilir ki, təbii hadisə nəticəsində 12 insan həlak olub. Məlumata görə, leysan yağışlar zamanı daha 10 sakin itkin düşmüş hesab edilir.

Leysan yağışlar lokal daşqınların yaranmasına gətirib çıxarıb. Bununla əlaqədar olaraq hakimiyyət orqanları 7,7 mindən çox insanı təxliyə etməyə məcbur olub. Hazırda təbii hadisənin zərər vurduğu ərazidə xilasedicilər işləyirlər.

Rəsmi məlumatlara əsasən, yüksək risk zonasında qalanların sayı 9,8 min nəfərdən çoxdur. Leysan yağışlar bir sıra binaları dağıdıb, kənd təsərrüfatına zərər vurub, nəqliyyat əlaqəsinin pozulmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi