Yuxarı

Çində koronavirusdan ölənlərin sayı 81-ə çatıb, daha 2744 nəfər virusa yoluxub - YENİLƏNİB

​Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni koronavirusdan ölənlərin sayı 81 nəfərə çatıb, yoluxanların sayı isə 2700-ü ötüb.

“Report” “Euronews”a istinadən xəbər verir ki, yeni koronavirusa (2019-nCoV) yoluxan dən 461-nin vəziyyəti ağırdır.

Bundan başqa, virusa yoluxmaqda şübhəli bilinən 5794 nəfər xəstə var. İnfeksiyaya yoluxan xəstələrlə təmasda olan insanlar isə müşahidə altına alınıb. Onların sayı 30 mindən artıqdır.

Xatırladaq ki, koronavirusa aralarında ABŞ, Cənubi Koreya, Tailand, Avstaliyanın da olduğu ən az 14 ölkədə rastlanılıb.


*** 03:45

Çində koronavirusun indiyədək müəyyən olunmamış növündən (2019-nCoV) ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı 2,4 min nəfəri ötüb.

“Report” xəbər verir ki, ölüm hallarının 76-sı virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb.

Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntsyan vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Artıq Xeyluntsyan vilayətində bir nəfər dünyasını dəyişib.  

Artıq Çin hökuməti koronavirusla mübarizə üçün 43,2 milyon dollar ayırıb. Vəsaitin çox hissəsi isə ixtisaslaşmış xəstəxanaların tikilməsinə xərclənəcək. 

Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. 

Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq.

Alparslan Öztürk

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi