Çində koronavirus qurbanlarının sayı artıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Komitəsi məlumat yayıb.
Məlumata görə, koronavirus qurbanlarının ölkə üzrə ümumi sayı 361 nəfərə çatıb. Çində yeni pnevmaniyaya yoluxanların da sayı çoxalıb. Hazırda ölkədə 17205 nəfər bu virusun daşıyıcısıdır.
Qeyd edilir ki, 475 nəfər sağalıb. Xəstələrdən 2296 nəfərinin vəziyyəti ağırdır. Ölkədə ümumilikdə xəstəliyə yoluxma ilə bağlı 21558 hal qeydə alınıb.
Daha əvvəl bildirilirdi ki, Xubey əyalətində daha 2103 nəfər 2019-nCoV koronavirusuna yoluxub
***02:26
Çinin Xubey əyalətində daha 2103 nəfər 2019-nCoV koronavirusuna yoluxub.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Bildirilir ki, bununla da regionda virusa yoluxanların sayı 11,1 min nəfərə çatıb. Region sakinləri arasında virusdan ölənlərin sayı da çoxalaraq 350 nəfərə çatıb.
Daha əvvəl “Vani” portalı regional hakimiyyətə istinadən bildirib ki, Çində daha 109 nəfər koronavirusa yoluxub və bununla da virus daşıyıcılarının sayı 14489 nəfərə, ölənlərin sayı 304 nəfərə çatıb. Onlardan 418-i xəstəxanadan evə buraxılıb.