Çində koronavirusa daxili yoluxma qeydə alınmayıb

Çində koronavirusa daxili yoluxma qeydə alınmayıb Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 9, xəstəliyə yoluxanların sayı isə daha 47 nəfər artıb. Virusa yoluxma daxildə qeydə alınmayıb.
Digər ölkələr
25 Mart , 2020 07:40
Çində koronavirusa daxili yoluxma qeydə alınmayıb
Getty
0 : 00
0 : 00

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 9, xəstəliyə yoluxanların sayı isə daha 47 nəfər artıb. Virusa yoluxma daxildə qeydə alınmayıb.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 491 nəfər sağalıb.

Hazırda Çində 474 idxal olunan koronavirus infeksiya hadisəsi aşkarlanıb.

Məlumata görə, ölkədə xəstəliyin yayılması anından COVID-19-a yoluxanların sayı hazırda 81 212 nəfərdir. Onlardan 73 650-si sağalıb, 3 281 nəfəri isə ölüb.

Son xəbərlər

Orphus sistemi