Bakı. 7 mart. REPORT.AZ/ Çinin şimal-şərq vilayəti Qirinin Bayşan şəhərində kömür mədənində qəza nəticəsində 12 nəfər ölüb.
"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib.
Faciəyə mədəndə sızan qazın partlayışı səbəb olub.
Xilasetmə işləri tam başa çatıb.