Yuxarı

Çində fırtına baş verib, ölənlər var - VİDEO

Çində fırtına baş verib, ölənlər var

Çinin Liaoning əyalətində baş verən tornado nəticəsində 6 nəfər ölüb, 120-dən artıq xəsarət alan var.

“Report” Çin dövlət televiziyasına istinadən xəbər verir ki, Tielinq şəhər dairəsindəki Kaiuan qəzası ərazisində küləyin sürəti saniyədə 23 metrədək gücləndiyindən bir çox binalara və elektrik xətlərinə ziyan dəyib.

Dağıntılar altında qalan 210-dək sakindən altısının öldüyü dəqiqləşib.

Yerli hökumət qurumları fövqəladə hallarla bağlı təcili tədbirlər planını işə salıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi