Çində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 25 nəfərə çatıb

Çində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 25 nəfərə çatıb Təbii hadisə zamanı daha 493 nəfər xəsarət alıb
Digər ölkələr
13 Avqust , 2017 12:01
Çində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 25 nəfərə çatıb

Bakı. 13 avqust. REPORT.AZ/ Çinin cənub-qərbində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 25 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 493 nəfər xəsarət alıb. Sıçuan vilayəti rəhbərliyinin verdiyi məlumata görə, avqustun 8-də vilayətin Çzyuçjayqou kəndində, 7 maqnitudalı zəlzələ zamanı ölmüş 25 nəfərdən 21-nin şəxsiyyəti müəyyən edilib. Dörd nəfərin kimliyi isə hələ müəyyənləşdirilməyib.

Xilasedicilər bu günə kimi axtarış işlərini davam etdirirlər. Əməliyyata hərbçilər və yanğınsöndürənlər də cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi