Çində baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, dağıntılar var

Çində baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, dağıntılar var Yeraltı təkanlardan ümumilikdə 6 ev zərər çəkib
Digər ölkələr
26 Noyabr , 2016 02:44
Çində baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, dağıntılar var

Bakı. 26 noyabr. REPORT.AZ/ Çinin şimal-qərbində, Tacikistan və Qırğızıstanla sərhəddə baş vermiş zəlzələ zamanı 1 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi Sinzyan Uyğur muxtar dairəsinin hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumata görə, bu, Akto rayonunun evi zərər çəkmiş sakinlərindəndir. 

Yeraltı təkanlardan ümumilikdə 6 ev zərər çəkib.

Qeyd edək ki, dünən Çində 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 22:24-də Sinzyan-Uyğur muxtar rayonunda qeydə alınıb. 

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi