​Çində 60 ev yanıb, 120 nəfər xəsarət alıb

​Çində 60 ev yanıb, 120 nəfər xəsarət alıb Xilasedicilər ölənlərin ola biləcəyini istisna etmirlər
Digər ölkələr
21 Fevral , 2016 17:22
​Çində 60 ev yanıb, 120 nəfər xəsarət alıb

Bakı. 21 fevral. REPORT.AZ/ Çinin Quyçjou əyalətinin Szyanxe qəzasında baş verən yanğın nəticəsində 60 ev məhv olub, 120 nəfərin xəsarət aldığı bildirilir.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

İnsident şənbə günü axşam saatlarında baş verib. Yanğının səbəbləri araşdırılır, hadisə yerində xilasedicilər işləyir. Onlar yanğın zamanı həyatını itirən şəxslərin ola biləcəyini istisna etmirlər.

İlkin fərziyyəyə görə, yanğına pirotexnikadan ehtiyatsız istifadə səbəb kimi göstərilir.

Bu günlərdə Çində Ay təqvimi ilə Yeni ilin gəlişi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi