Bakı. 18 sentyabr. REPORT.AZ/ Çində 6,2 bal gücündə zəlzələ olub.
"Report" xarici KIV-ə istinadən xəbər xerir ki, yeraltı təkanlar Sintzyan-Uyğur Muxtar Vilayətinin Karamay şəhərindən 159 km qərbdə qeydə alınıb.
Zəlzələnin episentri Çin-Qazaxıstan sərhədindən 30 km məsafədə yerləşib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat verilmir.