Bakı. 21 yanvar. REPORT.AZ/ 2018-ci ildə Çin əhalisinin sayı 5,3 milyon nəfər artaraq, 1,395 milyarda çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu məlumat yayıb.
Bildirilir ki, 2017-ci ildə artım 7,37 mln. nəfər təşkil edib.
Bununla yanaşı, Çində şəhər əhalisinin sayı il ərzində 17,9 mln. nəfər artaraq, 831,37 mln. nəfərə bərabər olub.