Yuxarı

Çilidə naməlum şəxslər kilsələri yandırıblar

Çilidə naməlum şəxslər kilsələri yandırıblar
Hökumət hadisəni pisləyib
© Autokam.ru

Bakı. 21 sentyabr. REPORT.AZ/ Çilinin cənubunda naməlum cinayətkarlar iki katolik və bir protestan kilsəsini yaradıblar.

"Report" xəbər verir ki, bu barədə "Biobio" radiostansiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hökumət hadisəni pisləyib və təqsirkarların cəzalandırılacağını bildirib. Hazırda faktla bağlı təhqiqat aparılır.

Hüquq-mühafizə orqanları güman edir ki, hadisəni törədənlər mapuçe xalqının nümayəndələridir. Onlar hakimiyyəti öz əcdadlarının torpaqlarını geri qaytarmağa çağırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi