Yuxarı

Çilidə 5,6 bal gücündə zəlzələ baş verib

Tələfat və dağıntı barəsində məlumat verilmir

Bakı. 28 fevral. REPORT.AZ/ Çilinin Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:35-də qeydə alınıb. Zəlzələnin episentri port şəhəri Kelondan (21 mindən çox sakini var) 628,4 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barəsində məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi