Çikaqo-Mayami reysi ilə uçan təyyarə səmada yanmağa başlayıb - VİDEO

Çikaqo-Mayami reysi ilə uçan təyyarə səmada yanmağa başlayıb - VİDEO Bu, mühərrikə quş girməsi səbəbindən baş verib
Digər ölkələr
1 İyun , 2017 23:38
Çikaqo-Mayami reysi ilə uçan təyyarə səmada yanmağa başlayıb - VİDEO
Twitter/Tim_ea_arnold

Bakı. 1 iyun. REPORT.AZ/ "United Airlines" aviaşirkətinə məxsus Çikaqo-Mayami reysi ilə uçan sərnişin təyyarəsi səmada ikən yanmağa başlayıb.

"Report" xəbər verir ki, "Daily Mail" qəzeti insidentin bu gün baş verdiyini yazır.

Məlumatda bildirilir ki, alov quşun mühərrikə girməsi səbəbindən yaranıb. Sərnişin mühərriklərdən biri yaxınlığında alov görüb və bu barədə heyət üzvlərini məlumatlandırıb. Nəticədə layner O'Hara beynəlxalq hava limanına geri qayıtmaq məcburiyyətində qalıb. Bütün sərnişinlər başqa reyslə ünvanına yola salınıb.

Aviaşirkət sərnişinlərə təzminat təklif etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi