Yuxarı

Cənubi Koreya lideri KXDR-in formal rəhbəri ilə görüşəcək

Cənubi Koreya lideri KXDR-in formal rəhbəri ilə görüşəcək
© Foto: RİA "Novosti"

Bakı. 5 fevral. REPORT.AZ/ Cənubi Koreya lideri Mun Çje İn KXDR-in formal rəhbəri Kim Yon Namla görüşəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüşün Olimpiadanın açılışında baş tutacağı bildirilir.

"Ryonxap" agentliyi prezident administrasiyasına istinadən bildirib ki, tərəflərin təkbətək görüşəcəyi imkanları müzakirə olunur.

"Prezident Mun Çje İn Kim En Namla Olimpiya oyunlarının açılışı mərasimində görüşəcək", - deyə agentlik Mavi Evin nümayəndəsinə istinadən bildirib.

"Kim En Namın prezident Mun Çje İnlə ayrıca görüşü müzakirə mövzusudur", - deyə müsahib agentliyə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi