Yuxarı

Cənubi Afrikada kişi məscidə gələnlərə bıçaqla hücum edib

Cənubi Afrikada kişi məscidə gələnlərə bıçaqla hücum edib
© Flickr / andy_carter

Bakı. 14 iyun. REPORT.AZ/ Cənubi Afrikada kişi bıçaqla "Malmsberi" məscidinə gələnlərə hücum edib, iki nəfəri öldürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli polis "Twitter"dən hücum edən şəxsin məhv edildiyini bildirib.

Cənubi Afrikanın "News24" xəbər portalı hücum nəticəsində bir neçə nəfərin yaralanması barədə məlumat verib.

Şahidlərin sözlərinə görə, hücumu, təxminən, 30 yaşlı əcnəbi edib. Onun hücuma qədər özünü şübhəli aparmadığı qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi