Bakı. 21 yanvar. REPORT.AZ/ Rumıniya paytaxtı Buxarestdə gecə klubunda baş verən yanğın zamanı azı 38 nəfər yaralanıb.
Bu barədə "Report" AP agentliyinə istinadən xəbər verir.
Hadisə dünən gecə saatlarında Buxarestin elit klublarından birində meydana gəlib. Hazırda yanğının səbəbi məlum deyil.
Xilasedicilərin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.