Buxarestdə gecə klubunda yanğın zamanı təxminən 40 nəfər yaralanıb

Buxarestdə gecə klubunda yanğın zamanı təxminən 40 nəfər yaralanıb Yaralılardan biri ağır vəziyyətdədir
Digər ölkələr
21 Yanvar , 2017 12:25
Buxarestdə gecə klubunda yanğın zamanı təxminən 40 nəfər yaralanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Rumıniya paytaxtı Buxarestdə gecə klubunda baş verən yanğın zamanı azı 38 nəfər yaralanıb.

Bu barədə "Report" AP agentliyinə istinadən xəbər verir.

Hadisə dünən gecə saatlarında Buxarestin elit klublarından birində meydana gəlib. Hazırda yanğının səbəbi məlum deyil.

Xilasedicilərin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi