Yuxarı

Buxarest sammitində Balkan ölkələrinin əməkdaşlıq məsələləri müzakirə olunub

Buxarest sammitində Balkan ölkələrinin əməkdaşlıq məsələləri müzakirə olunub

Buxarest. 25 aprel. REPORT.AZ/ "Serbiyanın Avropaya inteqrasiya yolunda Rumıniya, Yunanıstan və Bolqarıstanın dəstəyinə ehtiyacı var".

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu bəyanatla Serbiya prezidenti Aleksandr Vuçiç Buxarestdə keçirilən Rumıniya-Bolqarıstan-Yunanıstan-Serbiya dördtərəfli, yüksək səviyyəli sammitin yekunlarına həsr olunan mətbuat konfransında çıxışında deyib. 

"Ölkəmiz Avropa İttifaqının üzvü deyil. Bu yolda Buxarest, Sofiya və Afinanın köməyindən yararlanmaq, onların dəstəyini qazanmaq bizim üçün çox vacibdir. Avropa İttifaqının üzv dövləti olmaq niyyətindəyik, amma sizlərin dəstəyi olmadan bu iş mümkün deyil", - deyə A. Vuçiç əlavə edib.

Paytaxtın "Qələbə sarayı"nda təşkil olunan dördtərəfli sammitdə həmçinin Rumıniya, Bolqarıstan və Yunanıstanın baş nazirləri Viorika Dançila, Boyko Borisov və Aleksis Tsipras da iştirak ediblər. Sammitdə Balkan ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq və tərəfdaşlıq məsələləri müzakirə olunub. Sonda bu cür formatda növbəti görüşün iyunda Yunanıstanda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Serbiya 2012-ci ilin martından etibarən Avropa İttifaqına daxil olmaq üçün namizəd ölkə olsa da, quruma üzvlüklə bağlı danışıqlar 2014-cü ilin yanvarında başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi