Bu ölkədə 3 000-dən çox hərbçidə koronavirus aşkarlanıb

Bu ölkədə 3 000-dən çox hərbçidə koronavirus aşkarlanıb ABŞ-da 3 000-dən çox hərbi qulluqçuya COVID-19 diaqnozu qoyulub.
Digər ölkələr
14 Aprel , 2020 16:57
Bu ölkədə 3 000-dən çox hərbçidə koronavirus aşkarlanıb

ABŞ-da 3 000-dən çox hərbi qulluqçuya COVID-19 diaqnozu qoyulub.

“Report” CNN-ə istinadən xəbər verir ki, ən azı 3 022 amerikalı hərbçidə koronavirus testi pozitiv nəticə verib, 2 nəfər isə virusun qurbanı olub.

Məlumata görə, ümumilikdə ölkənin Müdafiə Nazirliyinə bağlı 4 679 əməkdaşda koronavirus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 939 000-i ötüb. Bunların 459 578 nəfəri sağalıb, 120 884 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi