Yuxarı

"British Airlines" işçilərinin Milad tətilləri təxirə salınıb

"British Airlines" işçilərinin Milad tətilləri təxirə salınıb
Tətilin keçirilməsinə əmək haqlarının aşağı səviyyədə müəyyən edilməsi səbəb olub

Bakı. 23 dekabr. REPORT.AZ/ "British Airlines" aviaşirkəti stüardessalarının əvvəlcədən Milad bayramı günləri keçirməyi planlaşdırdıqları tətil əmək mübahisələri üzrə məsləhətçi "Acas"ın köməkliyi ilə "Unite" Həmkarlar İttifaqı və aviaşirkət arasında aparılan danışıqlardan sonra təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın sözügedən həmkarlar ittifaqına istinadən BBC məlumat yayıb.

Aviaşirkətin təqribən 4,5 min nəfər bort baxıcısı öz əmək müqavilələrinə müvafiq olaraq dekabrın 25-i (Milad günü) və dekabrın 26-da (Hədiyyələr günü) öz işlərinə çıxmalı olacaqlar.

Tətillərin keçirilməsinə uyğunlaşdırılmış reyslərin 2010-cu ildən işə düzəlmiş kabinə heyət üzvlərinin əmək haqlarının standart reyslərdə işə çıxan stüardessaların məvacibləri ilə müqayisədə aşağı səviyyədə müəyyən edilməsi səbəb olub.

Bununla əlaqədar aviaşirkətin əməkdaşları əlavə iş axtarmağa məcbur olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi