Bakı. 2 oktyabr. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey miqrantların Breksitdən sonrakı taleyindən danışıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hökumət başçısı Breksitdən sonra yüksək ixtisaslı işçilərin Böyük Britaniyada işlə təmin edilməsinin prioritet olacağını qeyd edib. Mey bildirib ki, ölkə Avropa İttifaqından çıxandan sonra aşağı ixtisaslı işçilərin işə cəlb edilməsinə son qoyulacaq.
Qeyd edək ki, Londonun Avropa İttifaqının tərk etməsi rəsmi şəkildə 2019-cu ilin martında başa çatacaq.