Britaniyada yeni maliyyə, müdafiə və xarici işlər nazirləri təyin olunub

Britaniyada yeni maliyyə, müdafiə və xarici işlər nazirləri təyin olunub Böyük Britaniyanın baş naziri Boris Conson nazir vəzifələrinə yeni təyinatlar həyata keçirib.
Digər ölkələr
25 İyul , 2019 01:52
Britaniyada yeni maliyyə, müdafiə və xarici işlər nazirləri təyin olunub

Böyük Britaniyanın baş naziri Boris Conson nazir vəzifələrinə yeni təyinatlar həyata keçirib.

“Report” xəbər verir ki, o, Sacid Cavidi ölkədə rəsmi olaraq maliyyə naziri vəzifəsi kimi qəbul olunan xəzinədarlıq kansleri təyin edib.

Əvvəlki xəzinədarlıq kansleri Filip Hammond yeni baş nazir Boris Consonun siyasi kursu ilə razı olmadığını bildirib və Tereza Meyin istefasını gözləmədən öz postundan gedib.

Ölkənin yeni daxili işlər naziri vəzifəsinə Priti Patel təyinat alıb. O, bu vəzifədə Sacid Cavidi əvəz edib.

Digər təyinat Krallığın xarici işlər naziri vəzifəsinədir. Boris Conson bu postu "Brexit" məsələləri üzrə sabiq nazir Dominik Raaba həvalə edib.

Bundan əlavə, Raab həm də hökumətin birinci naziri statusunu alıb. Bu vəzifə hər Nazirlər Kabinetinin tərkibində olmur.

Daha əvvəl Ceremi Hant Britaniyanın Xarici İşlər naziri vəzifəsindən gedib.

Boris Consonun başqa bir təyinatı Birləşmiş Krallığın Müdafiə naziri vəzifəsinə olub. O, ölkənin keçmiş Daxili İşlər nazirinin müavini Ben Uollesi bu posta təyin edib.

Əvvəlki Müdafiə naziri Penni Mordont isə vəzifəsindən istefa verib.

Birləşmiş Krallığın "Brexit" məsələləri üzrə naziri Stiven Barkli öz vəzifəsində qalıb. Barkli bu vəzifəyə 2018-ci ilin noyabrında Tereza Mey hökumətinin "Brexit" üzrə mövqeyi ilə razı olmayan xələfi Dominik Raabın istefasından sonra təyin olunub.

Son xəbərlər

Orphus sistemi